“Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

01/01/1970

Bakı Dövlət Universiteti, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının (İAU) Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə bu il aprelin 17-də ümumtəhsil müəssisələrinin  IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağı artırmaq, bacarıqlı və istedadlı şagirdləri seçmək, fərqlənən şagirdləri mükafatlandırmaq, qalibləri Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlamaqdan ibarətdir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiadada iştirak etmək istəyənlər 2022-ci il 17 aprel (saat 10:00-dək) tarixinədək  aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.oxuyan.az/exams/VHJY4R

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026