Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı BDU-nun Jurnalistika fakültəsində ustad dərsi keçib

04/05/2022

Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün ustad dərsi keçib.

Fotojurnalistika dərsində tələbələrlə görüşən Rafiq Bağırov fotoqrafiyanın sirlərindən bəhs edib, zəngin şəxsi təcrübəsindən danışıb. Fəaliyyəti boyu Ümummilli lider Heydər Əliyevin portretlərini çəkən, bununla da Azərbaycan tarixinin önəmli bir mərhələsinin fotosalnaməsini yaradan qonaq bir-birindən maraqlı xatirələrini bölüşüb: “Heydər Əliyevin foto ilə bağlı tələbi çox yüksək idi. O, hər səfərindən, görüşündən, hətta istirahətindən sonra da çəkilən şəkillərə diqqətlə baxır, onları təhlil edir və müvafiq tövsiyələrini verirdi. Mən ilk vaxtlar çox düşünürdüm ki, Heydər Əliyevin fotoya belə xüsusi münasibətinin səbəbi nədir? Səbəbini sonralar özüm üçün aydınlaşdırdım. Ulu öndər həmişə şəkillərə tarixi sənəd kimi baxırdı və buna görə də onların bütün dövrlər üçün aktual, zövqlü olmasına xüsusi əhəmiyyət verirdi”.

Rafiq Bağırov peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirərək müxtəlif situasiyalarda fotoqrafın gözləməli olduğu məqamlardan danışıb, çəkdiyi fotoların bir qismini nümayiş etdirib.

Səmimi interaktiv mühitdə keçən görüşdə qonaq tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024