Universitet kollektivi Şəkər Xasmətovanın vaxtsız vəfatını ürək yanğısı ilə qarşılayıb

22/11/2019

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı ötən illər ərzində müəllimlərinin, tələbə yoldaşlarının dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirmişdi. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi.

Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsaşlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026