Upsala Universitetində Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı görüş keçirilib

27/09/2016

İsveçin Upsala Universitetində Azərbaycanda doktoranturanın Avropa standartlarına uyğunlaşdırılması barədə Avropa Birliyi tərəfindən ayrılmış qrant Nizami layihəsi iştirakçılarının növbəti görüşü keçirilib.Tədbir iştirakçılarını salamlayan Upsala Universitetinin Beynəlxalq ofisinin rəhbəri Glaes Levinson qeyd edib ki, bu layihənin böyük əhəmiyyəti var və onun uğurla yerinə yetirilməsi Azərbaycan Elm və Təhsil sisteminin Avropa təhsil sisteminə qoşulmasına kömək edəcək. Layihə koordinatoru Veronique Montero çıxış edərək layihənin uğurla yerinə yetirildiyini qeyd edib. Görüş zamanı Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova doktoranturanın mövcud vəziyyəti və gələcəkdə onun Aropa standartlarına uyğunlaşdırılması zərurəti barədə ətraflı məlumat verib.  Doktorantura təhsilinin beynəlmiləlləşdirilməsi barədə çıxış edən professor Ülviyyə Həsənova öz bildirib ki, xarici ölkələrdə kredit sistemi ilə doktorantura təhsili alan gənclərin diplomlarının tanınmasında ciddi problemlər var. Başqa bir sistemlə təhsil alan gənclərin Azərbaycanda diplomlarının hüququ cəhətdən tanınması mümkün deyil. Çünki onlar təhsillərini fərqli standartlarla alıblar. Ona görə də bu sistemə keçid artıq tarixi zərurətə çevrilib. Upsala Universitetinin professoru Leif Kirsebom Avropa modelindən danışarkən qeyd edib ki, inkişaf etmiş ölkələrdə doktorantura təhsilində fərqlər yalnız elm və təhsil səviyyələrinə görə fərqlənir. Azərbaycan da Boloniya prosesinə qoşulub və təhsilin 3-cü pilləsində kredit sisteminin tətbiqi vahid təhsil məkanının yaradılmasına kömək edər.

Mətbuat və informasiya şöbəsi, 27 sentyabr 2016-cı il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025