Ustad müəllim və tədqiqatçı

14/09/2016

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Meyxoş oğlu Quliyevin 60 yaşı tamam olur.

Rafiq Quliyev 1956­-ci ildə Cəlilabad şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra BDU-nun (o vaxtki ADU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirərək Ural Elmi Mərkəzinə ezam edilib, əvvəlcə stajor-tədqiqatçı, sonra isə məqsədli aspirant olub. 1983-1988-ci illərdə AMEA-nın İqtisadi Sistemlər İnstitunda (o vaxtki Kibernetika İnstitutu) elmi işçi vəzifəsində çalışıb 1988-ci ildən hal-hazıra qədər fasiləsiz BDU-da işləyir.

Rafiq müəlim BDU-da çalışdığı müddətdə özünü bacarıqlı, işgüzar müəllim və tələbkar tədqiqatçı kimi tanıdıb. Müəllimlər arasında böyük hörməti olan, tələbələr tərəfindən sevilən R.Quliyev elmi dəyərlərlə yanaşı çoxlu sayda insani dəyərlərə malikdir. Elə bütün bunlara görə, universitet kollektivinin dərin hörmətini qazanıb.

Şərqin böyük filisofu və şairi Əlişir Nəvainin “bilik və müdriklik insanın bəzəyidir” sözlərini təmamilə Rafiq müəllimə şamil etmək olar, çünki o təvazökar, qayğıkeş və hörmətcil insandır. Rafiq müəllim 30 ildən artıqdır ki, Azərbaycanda xüsusi istedada malik şagirdlərin respublika və beynəlxalq riyaziyyat olimpiadalarına seçilməsi, iştirakı və hazırlanması prosesinə bilavasitə rəhbərlik  edir. Sevindirici haldır ki, hər il onun rəhbərliyi altında olimpiadaçı şagirdlər dünyanın müxtəlif ölkələrində uğurla çıxış edərək müxtəlif ranqlı medallara layiq görülürlər. O bir neçə dəfə gənc nəslin yetişdirilməsində böyük xidmətlərə və elmin, təhsilin inkişafında roluna görə BDU-nun və Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

Hamımızın sevimlisi və əzizi olan Rafiq müəllimi BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim kollektivi adından şanlı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və xoşbəxtlik, işlərində daha böyük uğurlar qazanmasını  arzu edirik.

 

Məhəmməd Mehdiyev ,

Tətbiqi riyaziyyat və kibernetika

fakültəsinin dekanı , akademik

 

Fərhad  Mirzəyev,

İqtisadi kibernetika kafedrasının

müdiri, dosent

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024