“Uğurlu sessiya: sağlam psixologiya, keyfiyyətli hazırlıq, düzgün vaxt bölgüsü” mövzusunda seminar keçirilib

26/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Uğurlu sessiya: sağlam psixologiya, keyfiyyətli hazırlıq, düzgün vaxt bölgüsü” mövzusunda onlayn seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Vətən müharibəsində qazanılan parlaq Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Seminarın keçirilməsinin əhəmiyyətini vurğulayaraq tələbələrə 2020/2021-ci tədris ilinin ilk imtahan sessiyasında müvəffəqiyyət arzu edib.

Sonra  tələbələrə imtahan sessiyasında kömək məqsədilə BDU-nun Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova "Sessiyanın uğurlu olmasında tələbələrin motivasiya imkanlarının formalaşmasının psixoloji məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Psixoloq tələbələrə sessiya dövründə psixoloji tarazlığın təmin olunması və düzgün vaxt bölgüsü üsulları haqqında geniş məlumat verib. K.Kazımova BDU-da fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə diqqət çəkərək, tələbələrin istənilən psixoloji dəstəyə ehtiyac duyduqları zaman bu quruma müraciət edə biləcəklərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Coğrafiya fakültəsi THİK sədri Asif Abdulalimov çıxış edərək THİK təşkilatçılığı ilə keçirilən tədbirlərə göstərilən maraq və dəstəyə görə fakültə rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün esse müsabiqəsi – “Mənim şəhərim”
22/02/2026

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2026

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub
20/02/2026