V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02/04/2025

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 1200 nəfərə yaxın şagird qeydiyyatdan keçib. Toplam balın ən azı 75%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.

Martın 15-də Bakı Dövlət Universitetində və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçirilən final mərhələsində olimpiadanın respublika turunu uğurla keçən 100-dən artıq şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan 7-si I, 11-i II, 10-u isə III yerə layiq görülüb.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

V Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və  “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyilə baş tutur.

Qeyd edək ki, V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Qaliblər:

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir
19/08/2025

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş
19/08/2025

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır
18/08/2025