“Verilənlər Bazası Strukturu və Təhlükəsizlik problemləri” mövzusunda təlim keçirilib

07/04/2016

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatı dəstəyi ila Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformatika” kafedrası ilə birlikdə “Verilənlər Bazası Strukturu və Təhlükəsizlik problemləri” mövzusunda təlim keçirilib.

BDU THİK sədr müavini Eltac Cəbiyev fəaliyyət göstərdiyi təşkilatın tələbələrin hərtərfəli inkişafına verdiyi dəstəkdən danışıb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformatika” kafedrasının müəllimi Nuriyyə Mustafayeva seminarın mövzusunun aktuallığı və tələbələrin marağını vurğulayıb.

Məruzəçi qismində iştirak edən Azərişıq ASC-nin İnformasiya Texnologiyaları Departament Direk­toru Qalib Həmidov tələbələrə verilənlər bazaları haqqında ümumi anlayış,  Verilənlər Bazalarının  qurulması,  Verilənlər Bazasının sorgu dili (SQL,PLSQL ),  Veri­lənlə­rın   saxlanması texnologiyası, Verilənlər Bazası Strukturu,  Verilənlər Bazası  strukturunun qurulması. (AD, SOYAD, ADRESS, TEL, və sairə), Verilənlər Bazasının  özəllikləri (Table, View, İndex, Tablespace, Tregger), Veri­lənlərın  saxlanması metodları (Data Warehouse texnologiyası), Standby texnologiyaları. (logik standby və Fiziki standby), Replicasiya olunan Verilənlər Bazasları, Verilənlər Bazası  Təhlükəsizliyi və dayaniqliğı,  Verilənlər bazasının təhlükəsizliyi,  Verilənlərların təhlükəsizliyi. (Role, User, log),  Verilənlər bazasının dayanıqlılığı, Backup və Recovery texnologiyaları (init.ora spfile.ora), Verilənlər Bazasının Performansının artırılması, Server və Şəbəkənin seçilməsi,  İndeks-ləmə texnologiyaları,  Table-lərin sıxışdırma metodları,  Aarchive log texnologiyası,  Swap  məntiqinin qurulamsı kimi mövzulardan bəhs edib. Qeyd etmək lazımdır ki  Qalib Həmidov informasiya texnalogiyaları sahəsində bir sıra iri layihələrə rəhbərlik etmiş və müvəffəqiyyət qazanmışdir və bu sahə üzrə tanınmış mütəxəssisdir.

Mətbuat və informasiya şöbəsi, 07 aprel 2016-cı il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026