Vüqar Zifəroğlunun “Media imperiyası” adlı kitabı nəşr olunub

04/02/2013

BDU-nun beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlunun “Media imperiyası” adlı kitabı vəsaiti nəşr olunub. Monoqrafiyada müasir dövrümüzün aktual mövzularından biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində dünya jurnalistikasının inkişafında müşahidə olunan ziddiyyətli məqamlar nəzərdən keçirilir, media korporasiyalarının informasiya məkanına təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir.
Müəllif kitabda qloballaşma şəraitində KİV (I fəsil), Media sektorunun kommersiyalaşmasi, KIV sahəsində monopoliya problemini (II fəsil), media korporasiyaların formalaşması və fəaliyyət istiqamətlərini (III fəsil), informasiya siyasətinə və dövlətlərarası münasibətlərə media korporasiyaların təsirini (IV fəsil) araşdırma predmetinə çevirir və maraqlı nəticələr əldə edir.
Unutmamalıyıq ki, informasiya cəmiyyətinin inkişafı minillik çərçivəsində ən aparıcı dünya konsepsiyalarından biridir. Bu gün hər dövlətin qüvvəsi tək sənaye və hərbi potensialla deyil, birinci növbədə vaxtında qlobal informasiya fəzasına yerləşmək, gələcək informasiya əsrində informasiya ehtiyatları və bilikləri yaratmaq, ondan istifadə etmək qabiliyyəti ilə müəyyən edilir.
Bir çox ölkələrdə informasiya cəmiyyətinin formalaşmasının lideri qismində ən yaxşı inkişaf etmiş informasiya infrastrukturna, ən müasir kommunikasiya texnoloqiyalarına malik böyük şəhərlər çıxış edir. Son zamanlar psixolojı təsir, psixiki işləmə, «beyinlərin yuyulmasına» yönəlmiş texnologiyalar inkişaf edir. Belə texnologiyalarda elm və texnikanın, xüsusən də telekommunikasiya və kompüter texnologiyalarının nailiyyyətlərindən istifadə edilir. Bu texnologiyaların inkişafı səbəbi iş adamları, siyasətçi, müəllim, alimlərin ən müxətəlif tələbatlarından irəli gəlir və reklam, seçkilər, müxtəlif geosiyasi proseslər, müharibə və digər münaqişələrdə əhəmiyyətli fenomen kimi iştirak edir.
Ümumiyyətlə müəllifin “Media imperiyası” əsəri, təkcə jurnalistikanın nəzəriyyəsi ilə məşğul olan ixtisas sahiblərinə və bu ixtisas üzrə təhsil alan tələbələrə və magistrlara deyil, eyni zamanda digər peşə sahibləri və eləcə də dünyada baş verən ictimai-siyasi proseslərlə maraqlanan hər bir kəs üçün əhəmiyyətli mənbə sayıla bilər.

Mətbuat və İnformasiya şöbəsi, 04 fevral 2013-ci il.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026