Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil edəcək işçi qrupunun növbəti iclası keçirilib

20/11/2020

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti (BDU) ölkəmizin haqq savaşı olan Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil edəcək, müvafiq analitik tədqiqatlar aparacaq yeni bir layihəyə start verib. Layihə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi dövründə media və informasiya müharibəsi ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub.

Bu gün layihənin işçi qrupunun növbəti iclası keçirilib. Görüşdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyindən bəhs olunub. Bu parlaq Qələbənin əldə edilməsində xalqın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin xarici KİV-ə müsahibələrinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, bu mübarizəni obyektiv işıqlandıran dünya media nümayəndələrinin fəaliyyəti mövzularında fikir mübadiləsi aparılıb.

Əlavə edək ki, layihənin işçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 5 bölmə fəaliyyət göstərəcək. Analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, beynəlxalq jurnalistikanın prinsip və normalarına, eyni zamanda beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcəkdir.

 

 

Xəbərlər

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya

BDU-nun tələbə və məzunları üçün “Gələcəyin müəllimləri” təqaüd proqramı ilə bağlı infosessiya
26/12/2025

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da

Çinin Fudan Universitetinin nümayəndə heyəti BDU-da
26/12/2025

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək

BDU Özbəkistanın Daşkənd Angren Universiteti ilə əməkdaşlıq edəcək
26/12/2025