“Vətən mənim hər günüm” adlı tədbir keçirilib

17/05/2018

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Vətən mənim hər günüm” adlı  tədbir keçirilib. Kimya fakültəsinin THİK sədri  Jalə Hüseynovanın layihə rəhbəri olduğu  tədbirdə universitetin THİK-in  sədri Daşqın Qənbərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tələbələri təbrik edib, vətən və vətəndaşlıq mövzusunda bu cür tədbirlərin önəmli olduğunu vurğulayıb.

Tədbirdə vətənpəvərlik mövzusunda çıxışlar olub, şeirlər söylənilib, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kiçik səhnəcik təqdim olunub.

Sonda müğənni Elvin Mirzəzadənin təqdimatında “ Çırpınırdı Qara dəniz”  mahnısı  səsləndikdən sonra tədbir  iştirakçıları diplomla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 17 may 2018-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026