Vətənpərvər, cəsur tələbə

25/04/2014

Tariximizin bütün dövrlərində öz qəhrəmanlığı, vətənpərvərliyi, döyüş meydanlarında göstərdikləri şücaəti və xalqa, vətənə sonsuz məhəbbəti ilə seçilən igid oğullarımız çox olub. Qəhrəman gənclərimiz həmişə xalqımıza başucalığı gətiribdir. Bu gün də gənclərimiz cəmiyyətimizdə fəal mövqe tutur, ölkəmizin inkişafı yolunda öz töhfələrini verirlər. Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin nəticəsidir ki, bugünkü gənc nəsil milli ruhda böyüyür, onların dünyanın aparıcı təhsil ocaqlarında təhsil alması, savadlı, xalqımıza gərəkli vətəndaş olması üçün hər cür şərait yaradılmışdır. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi və təlim-tərbiyə alması sahəsində BDU-da da məqsədyönlü işlər uğurla aparılır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbəsi Turac Sadayevin bu yaxınlarda göstərdiyi qəhrəmanlıq bunun əyani təzahürüdür. Öz şəxsi həyatını böyük təhlükəyə atıb dənizdə boğulan gənc qızı xilas edən Turac bu hadisə ilə bağlı danışıb. O bildirib ki, aprel ayının 14-dən 15-ə keçən gecə qrup yoldaşları ilə birlikdə dənizkənarı parkda olub: “Bu vaxt xəbər tutduq ki, bir gənc qız intihar məqsədilə özünü dənizə atıb. Biz dərhal hadisə yerinə yaxınlaşdıq və gördük ki, tanımadığımız bir qız suda boğulur. O qeyd etdi ki, heç bir tərəddüd etmədən dənizə atıldım, FHN-nin nümayəndələri gələnə kimi onu suyun üzərində saxladım, batmağa qoymadım. Hadisə yerinə gələn FHN işçilərinin köməkliyi ilə qız ölümün pəncəsindən xilas edildi”. Turac Sadayev onu da bildirib ki, BDU-nun tələbəsi olması ilə fəxr edir: “Mən burada təhsil alıb magistraturanın I mərhələsində yüksək nəticə əldə edərək təhsilimi mexanika-riyaziyyat fakültəsində mexanika ixtisası üzrə davam etdirmək arzusundayam”. BDU-nun mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov tələbə Turac haqqında xoş sözlər söyləyib və bildirib ki, o, dərslərini də əla və yaxşı qiymətlərlə oxuyur, dərsə davamiyyəti, təlim-tərbiyəsi, davranışı ilə də başqalarından seçilir. Göstərdiyi bu qəhrəmanlıq onun vətənpərvər ruhda böyüməsini də əyani təsdiq edir.

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”

BDU-da elmi seminar: “Azərbaycanda İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının perspektivləri”
18/03/2024

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib

BDU-da “Kitabxanalar və elmi kommunikasiya mühiti” mövzusunda elmi seminar keçirilib
18/03/2024

BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib

BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib
18/03/2024