Web konfrans keçirilib

26/04/2012

Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi  və Elmi kitabxanası Xarkov Milli Universitetinin Mərkəzi Elmi Kitabxanası ilə Web konfrans keçirib. Web konfransda Xarkov Milli Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru, dosent Z.F.Nazirov, adıçəkilən universitetin Elmi kitabxanasının direktoru İ.K.Curavleva BDU tərəfdən Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru Şəlalə Məmmədova, Elmi kitabxananın direktoru Sara İbrahimova, Kiatabxanaçılıq–informasiya fakültəsinin professor-müəllim heyəti, o cümlədən hər iki universitetin Elmi kitabxanasının əməkdaşları iştirak ediblər. Qarşılıqlı müzakirələr şəklində keçən tədbirdə kitabxana-informasiya işinin müasir problemləri və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Xarkov Milli Universiteti 1805-ci ildə yaradılıb və Rusiya imperiyasının nüfuzlu ali məktəblərindən biri hesab edilir. Universitetin Elmi kitabxanası da öz tarixi ənənələrini qoruyub saxlayaraq inkişaf etməkdədir.   Bakı Dövlət Universitetinin Elmi Kitabxanası da Azərbaycanın ən qədim təhsil ocağı olmaq etibarı ilə öz ənənələrini qoruyub saxlamış zəngin kitab fondu və müasir informasiya texnologiyalarına malikdir. Bu səbəbdən əminliklə söyləmək olar ki,  hər iki universitetin elmi kitabxanaları arasında əlaqələr böyük perespektivlər vəd edir.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2012-ci il.


 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026