Xalqımızın tarixi arzularını gerçəkləşdirmiş lider

10/05/2023

Bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi respublikamızın şəhər və rayonlarında, müəssisə və təşkilatlarında, elm, təhsil və mədəniyyət ocaqlarında, o cümlədən dünya azərbaycanlılarının iştirakı ilə xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir, dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu gün qədirbilən xalqımız onu ağır sı­naqlardan siyasi müdrikliklə və məharətlə, əzmi və iradəsi, dühasının və idrakının ye­nilməz gücü ilə çıxarmış, dövlət müstəqilli­yinə və tərəqqiyə qovuşdurmuş ulu öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə, böyük sevgi və ehtiramla yad edir. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan ümummilli liderimizin heç vaxt bit­məyəcək, əsrlər boyu yaşayacaq mənəvi ömrünün 100-cü zirvəsindən yaşanmış dövrə baxdıqca xalqımızın və dövlətimizin ötən əsrin 70-ci illərindən başlayaraq əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin dövlət siyasətinin, bu fenomenal şəxsiyyətin nurlu əməllərinin və parlaq si­masının dayandığının bir daha şahid olu­ruq.

Həyatının əsas məqsədi, başlıca amalı Azərbaycanın dövlət müstəqilliyi­nin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan ulu ön­dər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr etmiş, milli-mənəvi dəyərlərimizə söykənərək, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahı­nın yüksəldilməsində misilsiz xidmətlər göstərmiş, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdliklə və müdrikliklə yerinə yetirmişdir.

1982-ci ildə Sov.İKP MK Siyasi Bürosu­nun üzvü seçilərək ali idarəçilik postuna – SSRİ Nazirlər Soveti Sədrinin birinci müa­vini vəzifəsinə irəli çəkilən Heydər Əliyev SSRİ-nin 5 il ərzində ilk və yeganə müsəl­man əsilli rəhbərlərindən biri olmuşdur. Ulu öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin və şəxsən M.Qorbaçovun yürütdüyü siyasi xəttə eti­raz əlaməti olaraq ulu öndər tutduğu bütün vəzifələrdən istefa vermişdir. Bununla da Azərbaycanın ağır, məşəqqətli günləri baş­lamışdır.

Ölkənin siyasi rəhbərlərinin səriştəsizli­yi, vəzifə davası, sonralar isə AXC–Müsa­vat cütlüyünün yarıtmaz fəaliyyəti nəticə­sində Qanlı 20 Yanvar, Xocalı, Sumqayıt faciələri törədildi, əzəli torpaqlarımız işğal olundu, ölkədə anarxiya, xaos, aclıq, sə­falət tüğyan etməyə başladı. Əhalinin ya­şayış səviyyəsi kəskin şəkildə aşağı düşdü, maddi vəziyyəti pisləşdi, insanların sabaha inamı itdi. 1993-cü ilin ortalarında isə ölkə­də vətəndaş müharibəsinin baş verməsi, dövlətçiliyin itirilməsi və Azərbaycan Res­publikasının bir ölkə kimi dünya xəritəsin­dən silinməsi təhlükəsi ilə üzləşdik.

Azərbaycanın ictimai-siyasi və sosi­al-iqtisadi həyatının ən çətin dövrlərində Heydər Əliyev özünün xilaskarlıq missiya­sı ilə doğma xalqının yanında olmuş, ona yüksək diqqət və qayğı ilə yanaşmış, in­sanların köməyinə çatmışdır. Dərin bilik və bacarıqlarından, zəngin təcrübəsindən və şəxsi keyfiyyətlərindən qaynaqlanan möh­təşəm fəaliyyəti sayəsində müstəqil və demokratik Azərbaycan dövlətinin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev xalqımızın yaddaşında əbədi həkk olmuş, insanların qəlbində özünə qarşı sonsuz məhəbbət və sevgi qazanmışdır.

Ölkəmiz üçün olduqca çətin və mürək­kəb, xalqımız üçün ağrılı olan belə bir dövrdə ulu öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıda­raq xilaskarlıq missiyasını davam etdirdi. 1993-cü ilin 15 iyun tarixi, müdrik xalqımız tərəfindən haqlı olaraq Milli Qurtuluş Günü adlandırılan bu əlamətdar tarix xalqımı­zın və dövlətimizin taleyində ciddi dönüş nöqtəsi oldu. Ulu öndər tərəfindən qısa bir zamanda müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin inkişaf stra­tegiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün ümummilli lider tərəfindən qətiyyətli addımlar atıldı, nəhəng layihələr həyata keçirildi. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının və enerji təh­lükəsizliyinin möhkəm təməli qoyuldu.

Qardaş Türkiyənin, dost və tərəfdaş ölkələrin dəstəyi ilə haqq səsimiz dünya­da eşidilməyə başladı. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olun­du. Ölkəyə yatırılan investisiyalar, priori­tet sahələrdə həyata keçirilən beynəlxalq layihələr, ulu öndər Heydər Əliyevin mi­silsiz neft strategiyası dövlətimizin qüdrə­tini artırdı, beynəlxalq aləmdə nüfuzunu yüksəltdi. Nəticədə illər sonra möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Koman­danımız cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılacaq tarixi qələbənin təməli qo­yulmuş oldu.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılmışdır. İqtisadiyyatına milyard­larla dollar investisiya qoyulan Azərbay­canda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahə­sində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məf­kurəsi milli ideologiya səviyyəsinə yüksəl­di. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu.

Azərbaycanın bir dövlət kimi priori­tetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən ulu ön­dər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dün­ya siyasətinin fenomeni olan cənab İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməl­ləri ulu öndərimiz Heydər Əliyev tərəfin­dən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dün­yanın qüdrətli dövlətlərindən birinə çevirdi.

Ulu öndərimizin “İnanıram ki, mə­nim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamında əksini tapmış arzuları həyata keçirildi. Cənab İlham Əliyev ata vəsiy­yətini, onun xalqımızın işğal olunmuş əra­zilərimizin azad edilməsi ilə bağlı ən ülvi, ən müqəddəs arzusunu şərəflə yerinə ye­tirdi. 2020-ci ildə qardaş Türkiyənin siyasi dəstəyi, müdrik xalqımızın sarsılmaz birli­yi, şəhidlərimizin canı, qazilərimizin qanı, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik prob­lem tarixin arxivinə çökmüş oldu.

Müzəffər xalq olduğunu bütün dünya­ya sübut etmiş xalqımız ulu öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan son­suz sevgi və ehtiram hissi ilə yanaşı, bö­yük qürur, fəxarət və ölkə rəhbərinə dərin minnətdarlıq hissləri ilə qarşılayır. Bu gün dahi şəxsiyyətin savab əməllərini onun adını daşıyan fond özünün xeyriyyəçilik fəaliyyəti ilə layiqincə yaşadır. Xalqımız ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi, yaradılmasının 20 illik yubileyini qeyd edə­cəyimiz Heydər Əliyev Fondunun Azər­baycan xalqının qədim tarixi və zəngin mədəniyyətinin dünyada tanıdılması, ulu öndərin tükənməz irsinin tədqiqi və təbliği istiqamətində əvəzsiz xidmətlərini yüksək dəyərləndirir.

Böyük qürur hissi ilə qeyd etmək istər­dim ki, ulu öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, xalqımızın və dövləti­mizin milli sərvəti və milli iftixarı adlandır­dığı Bakı Dövlət Universitetinin kollektivi də bütün azərbaycanlılar kimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqın­da sərəncamı rəğbətlə qarşılamışdır və həmişə olduğu kimi bu yubiley günlə­rində də ulu öndərin əziz xatirəsini dərin hörmət və böyük ehtiramla yad edir. Bu qocaman təhsil ocağında çalışan hər bir alim, tədqiqatçı və müəllim, elmi bilik­lərə yiyələnən hər bir tələbə əbədiyaşar Heydər Əliyevin zəngin və tükənməz ir­sinin tədqiqi və təbliğini özünün ən ali məqsədlərindən biri hesab edir.

Biz fəxr edirik ki, 104 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qə­dəm qoymuş Bakı Dövlət Universitetinin inkişafının son 20 ildəki yeni mərhələsi dahi şəxsiyyətin layiqli davamçısı, Azər­baycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Elm və təhsil əsri adlandırılan XXI əsrdə müstəqil Azərbay­can Respublikasının hərtərəfli inkişafını elm və təhsildə, bilikli insan kapitalının formalaşdırılmasında görən dövlət başçı­sı BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyər­ləndirir, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri uğurla hə­yata keçirir.

Fikirlərimi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncamda yer almış aşağıdakı fikirlə bitirmək istər­dim: “Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bu gün hər birimiz səylə çalış­malı, bu şərəfli vəzifənin layiqincə yerinə yetirilməsinə öz töhfəmizi verməliyik.

https://xalqqazeti.az/sosial-heyat/127366-xalqimizin-tarixi-arzularini-gerceklesdirmis-lider

Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024