“Xarici ölkələrin jurnalistikası tarixi” II dəfə nəşr olunub

08/12/2014

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid  Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin ikinci  nəşri “Zərdabi  LTD” nəşriyyatında çapdan çıxmışdır. Azərbaycan  Respublikası Təhsil Nazirliyinin  əmri ilə dərslik kimi təsdiq edilmiş 40 çap  vərəqi həcmində olan kitabda qədim dövrdən XX əsrin axırlarınadək   dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial , qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri , ümümi inkişaf  meylləri göstərilir.

Dərslik universitetlərin jurnalistika fakültələrinin, filologiya fakültələrinin və humanitar fakültələrin jurnalistika şöbələrinin  tələbələri , magistr , dissertant və doktorantları , xarici ölkələrin jurnalistikası tarixini  tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, “Xarici ölkələrin jurnalistikası tarixi” kursu juranalistika təhsili sistemində ixtisas fənlərinin tərkibində xüsusi əhəmiyyət kəsb edir.

Təqdim olunan kitab 14 fəsildən ibarətdir. Bu fəhsillərdə kütləvi informasiyanın tarixi təşəkkülündə əsas anlayışlar və kateqoriyalar, o cümlədən  “İnformasiya “, “Kommunikasiya”,“ Publisistika “,  “Jurnalistika”, “Təbligat” terminləri,  onların müasir əhəmiyyəti , şifahi publisistika, kitab çapının  kəşfinin informasiya vasitələrinin  inkişafında rolu barəsində geniş məlumat verilir; Almaniya, Böyük Britaniya, Fransa , İtaliya , İspaniya ,Portuqaliya, ABŞ  və  Rusiyada  mətbuatın inkişaf tarixi izlənir; Türkiyədə çap işinin  meydana çıxması   burada mətbuatın yaranması  və inkişafı ,ərəb ölkələrinin  mətbuat tarixinə diqqət yetirilir;  Hindistanda , Çində və Yaponiyada  mətbuatın yaranmsı  və  inkişafı tarixi araşdırılır; “Beynəlxalq jurnalist hərəkatı” fəslində Beynəlxalq Jurnalistlər Federasiyası , Beynəlxalq Jurnalistlər Təşkilatı,Beynəlxalq Mətbuat İnstitutu barəsində geniş məlumat verilir.

Dəsliyin  elmi redaktorları  filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya üzrə  fəlsəfə doktoru dosent Vüqar Əliyevdir.

Mətbuat və informasiya şöbəsi 08 dekabr 2014-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024