BDU-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub

28/12/2022

Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Bu barədə BDU Elmi Şurasının iclasında qərar qəbul olunub. Rektor Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunmasını xatırladaraq qeyd edib ki, artıq BDU-nun fakültələrində və Məşvərət Şurasında Ulu öndərin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar müzakirələr aparılıb və təkliflər dinlənilib.

Tədbirlər Planında Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, BDU-nun ən böyük məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili, “Heydər Əliyev təqaüdü”nün təsis olunması və s. məsələlər əks olunub.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026