Xocalı Genosidi

28/02/2011

Artıq 19 idir ki,  Xocalı  erməni işğalı altındadır.  XXI əsrin ən dəhşətli faciələrindən biri olan “Xocalı soyqırımı”  Xatın, Xerosima  faciələri  kimi dəhşətlidir. Birbaşa olaraq insanlığın məhvinə yönələn bu kütləvi soyqırım zamanı 613 nəfər bu və ya digər formada məhv edildi, 1275 nəfər əsir götürüldü, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi, 150-dən çox soydaşımız itkin düşdü.

Hər il Xocalıda həlak olan soydaşlarımızın əziz ruhları yad olunur, onların yaxınlarına, ailə üzvlərinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli qayğı göstərilir.

Fevralın 26-da  Bakı Dövlət Universiteti  Tələbə Həmkarlar İttifaqı Komitəsinin kollektivi də Xocalı Soqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Əvvəlcə tədbir iştirakçıları Xocalıda həlak olan həmvətənlərimizin əziz ruhlarını bir dəqiqəlik sükutla yad etdilər.  Sonra tədbiri girş sözü ilə açan THİK  Sədri  Daşqın  Qənbərov  Xocalı Soyqırımına beynəlxalq hüquq tərəfindən hələ də lazımı qiymətin verilmədiyini söylədi. Daşqın Qənbərov Azərbaycanın vətənpərvər, dünyagörüşlü və intellektual gəncliyinin, məhz, bu soyqırımlardan başalayaraq hər bir həqiqətin dünya ölkələrində təbliğinin hər bir azərbaycanlı gəncin istəyi və ümdə amalı olduğunu söylədi. “ Bu gün dərd yerimiz Qarabağın dilbər guşələrindən biri, Xocalının işğal günüdür. Məhz, həmin gün 7 min nəfər əhalisi olan əliyalın Xocalıya qəflətən hücum edildi, torpaqlarımıza təcavüz olundu. Neçə-neçə azərbaycanlı xüsusi amansızlıqla, görünməmiş bir vəhşiliklə qətlə yetirildi. O gün  neçə-neçə uşaq atasız, anasız qaldı, analar  oğullarını itirdilər. İndiyə qədər də onların göz yaşları qurumayıb,  yurd  həsrəti hər birinin saçlarını qartək ağardıb. Onlar bu gün də öz ata-babalarının qəbirlərini ziyarət edə bilmirlər.” Sonra  Daşqın Qənbərov   bir daha xatırladaraq bildirdi ki, məhz, Qarabağ müharibələrində iştirak edən cəlladlar, Xocalı Soyqırımını törədən vandallar bu gün Ermənistana rəhbərlik edən şəxslərdir. Daşqın Qənbərov : - “ Dünyaya haqq, ədalət təbliğ edən  ölkələr də, çox təəssüf ki,  bu cinayətə bilavasitə göz yumurlar. Dünya  bizdən sülhə razı olmağımızı istəyir. Tərəflər bir araya gəldikdə isə bu və ya digər şəkildə güzəştə getməyə çağırır. Məgər, bizim sülhə razı olmağımız güzəştə getməyimiz deyilmi ? ”

Daha sonra THİK sədrinin müavini Sahil Hacıyev çıxış edərək bildirdi ki,  bu gün hər bir azərbaycanlı Milli Qəhrəman Mübariz İbrahimovdan, Fərid Əhmədovdan örnək almalıdır.  Hər biriniz bilirsiniz ki,  Azərbaycanın tarixi torpaqlarında yaltaq “himayədarları” tərəfindən sonradan formalaşdırılan  bu dövlət bu gün heç nəyə qadir deyil. Özünün heç bir gücü, qüvvəsi, iqtisadi imkanları yoxdur.  Əksinə, Vətənimiz Azərbaycanın  hər zaman müsəlləh qüdrətli ordusu, yüksək iqdisadi imkanları və ən əsası da Vətənpərvər insanları var.”

Tədbirdə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət” kompaniyasının səlahiyyətli nümayəndəsi çıxış edərək sözügüdən kompaniyanın  tarixindən, məqsədlərindən danışdı, kompaniyanın əhatə dairəsi haqqında geniş məlumat verdi.

Qeyd edək ki, bu kompaniya İslam Konfransı Təşkilatı Gəncər Şurasının “Mədəniyyətlərarası dialoq” işçi qrupunun kordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Bu günə qədər bu kompaniyaya 140 min nəfər, eyni zamanda, bir neçə beynəlxalq təşkilatlar, xarici korparasiyalar və s. qoşulmuşdur.

Tədbir Xocalıya həsr olunmuş film nümayişi ilə başa çatdı.

Tələbə Həmkarlar İttifaqı Komitəsi İctimaiyyətlə  Əlaqələr  Departamentinin rəhbəri Baba Əliyev

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024