“Xocalı Harayı” adlı ədəbi-bədii tədbir keçirilib

26/02/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı Harayı” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə faciə qurbanlarının və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Yasin Cəfərov, Namiq Şıxəliyev, tələbə Fidan Hüseyinli çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.

Ədəbi-bədii hissə ilə davam edən tədbirdə  Xocalı hadisələri əsasında hazırlanmış videoçarx nümayiş olunub. Birinci kurs tələbələri Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026