“Xocalı soyqırımı: hüquqi problemlər” adlı dəyirmi masa keçirilib

27/02/2020

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində  “Xocalı soyqırımı: hüquqi problemlər (bynəlxalq və milli kontekstdə)” mövzusunda elmi-praktiki dəyirmi masa təşkil edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımının tanınması, beynəlxalq aləmdə bu cinayətə hüquqi qiymətin verilməsi və Xocalı soyqırımını törədən şəxslərin mühakimə olunması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətin dünyada tanınması, faciənin Azərbaycan xalqına qarşı soyqırım cinayəti kimi qəbul olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədovun “Xocalı soyqırımının istintaqı”, Azərbaycan Respublikasının Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Elnur Aslanovun “Beynəlxalq cinayətlərə görə təqibin və beynəlxalq axtarışın həyata keçirilməsi” adlı məruzələri böyük marağa səbəb olub.

Daha sonra Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadiqov, tarixçi alim Boran Əziz, Psixologiya üzrə elmlər doktoru Elnarə Şəfiyeva Xocalı soyqırımı ətrafında elmi-nəzəri fikirlərlə çıxış ediblər.

Xocalı faciəsinin insan haqlarının kobud şəkildə pozulması, beynəlxalq hüquqi aktlara məhəl qoyulmaması kimi qiymətləndirən rektor Elçin Babayev bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsinin Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminat olduğunu vurğulayıb.

Təcrübi və elmi-nəzəri biliklərin sintezi, müəllim-tələbə əməkdaşlığı formatında keçən tədbir sualların cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024