Xocalı soyqırımının qurbanları anıldı

25/02/2011

Bu gün Bakı Dövlət Universitetində Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını, xocalılara tutulan divanı tarixdə misli bərabəri olmayan faciə adlandırdı.

Universitetin tarix, coğrafiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq, sosial elmlər və psixologiya, jurnalistika fakültəsinin tələbələri – Xocalının tarixi, coğrafiyası, soyqırımın hüquqi aspektləri və dünya mətbuatında əksi məsələlərindən danışdılar.

BDU-nun «Gənc İstedadlar» liseyinin tələbələri Xocalıya aid şeirlər səsləndirdilər, səhnəcik göstərdilər.

Tədbirin sonunda çıxış edən filologiya fakültəsinin 4-cü kurs tələbəsi Kəramət Böyükçöl faciənin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli, amansız cinayətlərdən biri olduğunu vurğuladı. Bu soyqırımın bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu deyən K.Böyükçöl Xocalıda məqsədyönlü şəkildə dinc əhalinin milli, etnik zəmində məhv edildiyindən ürəkağırısı ilə bəhs etdi və sonda müəllifi olduğu «Xocalı ritmləri» adlı şeirini oxudu.

Mətbuat və İnformasiya şöbəsi, 25 fevral 2011-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024