“Xocalı soyqırımının törətdiyi sosial-psixoloji zərərlər“

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi üzrə könüllülərin təşkilatçılığı ilə “Xocalı soyqırımının törətdiyi sosial-psixoloji zərərlər“ adlı tədbir keçirilib.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Xocalı soyqırımının dəhşətlərini xatırladaraq, həmin hadisələrin insanlara çox güclü sosial, psixoloji zərbə vurduğunu qeyd edib. Rövşən Cavadov tələbələri bu faciənin unutmamağa, xalqımızın qan yaddaşına biganə olmamağa çağırıb.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında məlumat verilib. Əlif Hacıyevin mərdliyi, onun Vətəni igidliklə qoruması və şərəfli şəhadəti xüsusi vurğulanıb.

Tədbirdə I kurs tələbələri Elkin Kərimov və Mehriban Səlimzadə, BDU könüllülərinin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Murad Səfərli çıxış edərək Xocalı soyqırımının şahidləri ilə müntəzəm görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026