“İxtiraçılıq üzrə I Respublika Müsabiqəsi”nin qaliblərinin təltifetmə mərasimi keçirilib

28/12/2013

27 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində “İxtiraçılıq üzrə I Respublika Müsabiqəsi”nin qaliblərinin təltifetmə mərasimi keçirilib. Tədbirdə müsabiqə ilə bağlı çıxış edən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ixtiraçıları daha da həvəsləndirməkdir. Daha sonra çıxış edən AzPatentin direktoru Miryaqub Seyidov bildirib ki, müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 36 patent təqdim edilib və münsiflər heyətinin qərarı ilə 6 patent qalib élan edilib. Qaliblər arasında Bakı Dövlət Universiteti tərəfindən təqdim edilmiş Avrasiya patenti də var. Mükafat BDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadəyə təqdim edilib. Professor Aydın Kazımzadə iclasda çıxış edərək resbublikada və BDU-da innovasiyalar və patent sahəsidə əldə edilən nailiyyətlər və bu sahədəki problemlərdən danışıb.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2013-cü il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026