“Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi 

25/12/2024

Bakı Dövlət Universiteti (BDU), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “Erasmus+Jean Monnet Module” layihəsinin birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin açılış mərasimi keçirilib.

“Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi” Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yaşıl bacarıqların və innovativ texnologiyaların imkanlarını araşdırmaq məqsədi daşıyır.

BDU və beynəlxalq təşkilatların aparıcı alim və təhsil mütəxəssisləri tərəfindən təşkil olunan “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi” bilik mübadiləsi və əməkdaşlıq üçün inklüziv platforma təmin edir. Tədbirin əsas mövzularına nanotexnologiya, davamlı kənd təsərrüfatı, dərman dizaynı və ekoloji təhlükəsizlik daxildir.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026