BDU-da YAP-ın yaranmasının 30-cu ildönümü qeyd olunub

18/11/2022

Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Zahid Xəlilov 23” ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 30-cu ildönümü qeyd olunub.  
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu öndərə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin moderatoru, professor Zahid Cəfərov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, YAP-ın yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub.  
Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü, BDU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri Aydın Kazımzadə Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb. Çıxışda YAP-ın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.
YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov YAP-ın keçdiyi tarixi yol və Vətən müharibəsinin tariximizdəki rolundan bəhs ediblər. Çıxışlarda dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki,  44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Tədbirin sonunda YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri fərman təqdim edilib.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024