Yaponiyalı professor BDU-da kolloid yarımkeçirici nanohissəciklərin xassələrinə dair mühazirə deyib

16/03/2023

Yaponiyanın Osaka Metropolitan Universitetinin professoru Yong-Gu Şim Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün keçirilən elmi seminarda “Kolloid yarımkeçirici nanohissəciklər üçün spektroskopik ellipsometriya” (Spectroscopic ellipsometry for colloidal semiconductor nanoparticles) mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə yarımkeçirici nanohissəciklərin onların həcmi analoqları ilə müqayisədə unikal fiziki və kimyəvi xassələrə malik olması ilə əlaqədar kvant-məhdud ölçü təsirindən yaranan və ölçüdən asılı olaraq xarakterik xüsusiyyətlər nümayiş etdirmələri qeyd edilib. Kolloid nanohissəciklərin müxtəlif səthləri örtməkdə istifadə olunması, optik nazik təbəqələr üçün perspektiv materiallar olduğu, bu materiallardan işığın kiçik faizlərlə səpilməsi və qeyri-vakuum mühitində geniş sahəli, nahamar altlıqlar üzərində asanlıqla hopdurulması kimi xüsusiyyətləri haqqında məruzədə ətraflı məlumat verilib.  
Professor Yong-Gu Şim nanohissəciklərin nazik birqatlı və ya çoxqatlı təbəqələrindən yararlanmaqla kolloid yarımkeçirici nanohissəciklərin dielektrik funksiya spektrlərinin, eləcə də spektroskopik ellipsometriyadan istifadə edərək nazik təbəqələrin qalınlığı və nanohissəciklərin say sıxlığı kimi struktur parametrlərinin  aydınlaşdırılması metodu haqqında da danışıb.
Daha sonra Yong-Gu Şim verilən sualları cavablandırıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026