Yaponiyanın xarici işlər nazirinin müavini ilə görüş

21/01/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Abel Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb. Bildirilib ki, artıq 15 ildir universitetdə yapon dili ixtisası üzrə qəbul aparılır. Həmçinin hər il universitetdə yapon dili üzrə müsabiqə keçirilir.

BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib.

Vurğulanıb ki, BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.

Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.

Minoru Kiuçi BDU-da yapon dilinin tədrisindən məmnun qaldığını bildirib, iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Yaponiyalı qonaq gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 19 yanvar 2015-ci il.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026