Coğrafiya fakültəsinin tələbələri Lənkəranda çöl-tədris təcrübəsində

26/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin III kurs tələbələri fakültənin müəllimləri Gülnarə Əhmədova və Polad Orucovun rəhbərliyi ilə Lənkəranda çöl-tədris təcrübəsində olublar.

Təcrübə zamanı Xəzərin fiziki coğrafiyası fənnini daha yaxşı mənimsəmək üçün tələbələr Hirkan Milli Parkı, Xanbulan gölü, dəniz sahili ərazilərin relyefi, təbiəti, fauna və florası ilə yaxından tanış olublar. Onlar Lənkəranda bir neçə tarixi abidəni, o cümlədən Zindan qalası və Lənkəran xanının sarayı olmuş tarix-diyarşünaslıq muzeyini də ziyarət ediblər.

Ziyarət zamanı tələbələri maraqlandıran mövzularda müzakirələr aparılıb.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026