BDU-da “You will speak“ Dil Mərkəzinin açılışı olub

28/04/2022

Bakı Dövlət Universitetində  “You will speak“ Dil Mərkəzinin açılışı olub.

Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Universitetdə son illər bir sıra mühüm islahatlar həyata keçirilir.

Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-nun Elmi Kitabxanası, insan resurslarının idarə edilməsi və sənəd dövriyyəsi elektronlaşdırılır, texniki təchizatı gücləndirilir, yeni mərkəz və laboratoriyalar yaradılır.

Rektor BDU-nun müəllim və tələbə heyətinin fərdi inkişafının önəmli məsələlərdən olduğunu qeyd edib, yeni açılan Dil Mərkəzinin bu amala xidmət etdiyini bildirib: “Rəqəmsallaşan dünyada müxtəlif xarici dillərin öyrənilməsi günün tələbidir. İngilis dilinin öyrənilməsi həm tədris, həm də elmi tədqiqat prosesində zərurətə çevrilib. BDU artıq tədqiqat universiteti statusunu almağa hazırlaşır. Bu baxımdan tələbə və əməkdaşların xarici dil səviyyəsinin yüksək olması tədrisin və elmi tədqiqatların keyfiyyətinə, beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcək. Dil Mərkəzi dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılıb”.

Qeyd edək ki, “You will speak“ Dil Mərkəzinin yaradılmasında əsas məqsəd BDU-nun tələbə və əməkdaşlarının ingilis dili üzrə danışıq və bacarıqlarının inkişaf etdirilməsidir. Mərkəzdə ümumi ingilis dili, IELTS və doktorantura imtahanlarına hazırlıq üzrə təlimlər keçiriləcək. Həmçinin burada tələbə və əməkdaşlar asudə vaxtlarını ödənişsiz “Conversation Club”, seminar və müxtəlif intellektual oyunlarla faydalı keçirə bilərlər.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026