Yüksək Avstriya Universitetinin professoru BDU-da mühazirə oxuyub

05/12/2018

Bakı Dövlət Universitetində Yüksək Avstriya Universiteti tətbiqi elmlər, tətbiqi səhiyyə, sosial elmlər məktəbinin sosial iş üzrə magistr proqramının rəhbəri professor Kristian Starkın tələbələrlə görüşü olub.

Professor Kristian Stark Bakı Dövlət Universitetində Sosial elmlər və psixologiya fakültəsinin Sosial İş ixtisasında oxuyan tələbələrinə ustad dərsi keçib. O, sosial işin Avstriya təcrübəsindən bəhs edib, sosial iş texnologiyaları ilə bağlı tələbələrin suallarını cavablandırıb. “Sosial iş” kafedrasının dəvətilə baş tutan görüşdə professor təmsil etdiyi ali məktəbdə sosial iş təhsilinin özəllikləri, sosial işlə bağlı dünya təcrübəsi barədə ətraflı məlumat verib.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026