Yəmənli alimlər Qarabağla bağlı çağırış edib

24/10/2020

Bir qrup Yəmənli ziyalı, elm adamları və ölkənin aparıcı elm ocaqlarının tələbələri BMT-ni Qarabağın Azərbaycan Respublikasının ərazisi olması ilə bağlı qəbul edilən BMT qətnamələrini həyata keçirməyə çağırıblar. Çağırış Yəmənli professorlar Tavfiq Mahmud Məhəmməd Əli  və Cəmilə Saleh Saifin təşəbbüsü ilə baş tutub.

Yəmənli ziyalılar, BMT və təşkilatın Baş katibinin Ermənistan tərəfinin mülki Azərbaycan əhalisini qəsdən və məqsədyönlü şəkildə ballistik raket və artilleriya qurğularından atəşə tutmasını  qəti şəkildə pislədiyinə diqqət yetirərək, bu hərbi cinayətlərin Qafqaz bölgəsində sülhə və təhlükəsizliyə ən böyük  təhdid  olduğunu bildiriblər.

Ziyalılar Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd edərək, Azərbaycanın  torpaqlarını işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizəsini dəstəklədiklərini bildirib, Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026