Yubileyin keçirilməsi haqqında

28/02/2013

2013-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü tamam olur. Azərbaycan xalqının demokratik hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının müasir dövlətçiliyinin təşəkkül tapmasında onun müstəsna xidmətləri olmuşdur. Ulu öndər bugünkü müstəqil dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla öz adını milli  tariximizdə əbədi həkk etmişdir. Bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz  enerjisi  və böyük sevgisi ilə yaradılmış müasir dövlətçilik konsepsiyası tarixi ənənələrə və bəşəri dəyərlərə əsaslanır. Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində, dövlət müstəqilliyinin əldə edilməsində, qorunub saxlanılmasında və möhkəmləndirilməsində, müstəqil Azərbaycan dövlətinin dünya müstəvisində tanıdılmasında və qəbul edilməsində, uzun illər ərzində davamlı inkişafının təmin edilməsi üçün zəruri olan əsasların yaradılmasında misilsiz xidmətləri olan bu dahi şəxsiyyətin anadan olmasının 90 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Prezidentinin  21 yanvar 2013-cü il tarixli Sərəncamında yazılır: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.”

Həmin sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın hər yerində olduğu kimi Bakı Dövlət Universitetində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verdiyini, müstəqil Azərbaycan dövlətinin hərtərəfli tərəqqisində əvəzsiz tarixi xidmətlərini, habelə  Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olduğunu, həmçinin bu ali məktəbin  inkişafındakı müstəsna rolunu nəzərə alaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin yüksək səviyyədə  keçirilməsini təmin etmək məqsədilə

Ə M R   E D İ R Ə M

I. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetində aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Akademik A.M.Məhərrəmov (sədr)

Rektor

 

Prof. İ.N.Əliyeva (sədr müavini)

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor

 

Prof.A.H.Kazımzadə (sədr müavini)

Elm və innovasiyalar üzrə prorektor

 

Prof.S.T.Hacıyev (sədr müavini)

Sosial məsələlər, tələbələrlə iş və

ictimaiyyətlə əlaqələr üzrə prorektor

 

Dos.Ş.R.Məmmədova

    Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektor

     

    t.ü.f.d. N.Ə.Ramazanlı

    İqtisadi və təsərrüfat işləri üzrə prorektor

     

    Dos.F.A.Şiriyev

    HİK-in sədri

     

    Akademik V.M.Məmmədəliyev

    İlahiyyat fakültəsinin dekanı

     

    Prof.N.Ş.İsgəndərov

    Mexanika-riyaziyyat fakültəsinin dekanı

     

    AMEA-nın müxbir üzvü, prof.M.F.Mehdiyev

    Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı

     

    Prof. M.Ə.Ramazanov

    Fizika fakültəsinin dekanı

     

    Prof.A.Ə.Əzizov

    Kimya fakültəsinin dekanı

     

    Prof.A.Ə.Quliyev

    Biologiya fakültəsinin dekanı

     

    Prof F.Ə.İmanov

    Coğrafiya fakültəsinin dekanı

     

    Dos.A.İ.Xasayev

    Geologiya fakültəsinin dekanı

     

    Dos. N.T.Şəmilov

    Ekologiya və torpaqşünaslıq  fakültəsinin dekanı

     

    Dos.M.T.Vəliyev

    Filologiya fakültəsinin dekanı

     

    Dos.A.Ə.Rzayev

    Tarix fakültəsinin dekanı

     

    Prof.Z.M.Həsənalıyev

    Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı

     

    Prof.Ə.İ.Əliyev

    Hüquq fakültəsinin dekanı

     

    Prof.H.Ə.Əlizadə

    Sosial elmlər və psixologiya fakültəsinin dekanı

     

    Prof. Ş.Q.Vəliyev

      Jurnalistika fakültəsinin dekanı

       

      Dos. E.Z. Əzizov

      Şərqşünaslıq fakültəsinin fakültəsinin dekanı

       

      Dos.A.İ.Qurbanov

      Kitabxanaçılıq informasiya fakültəsinin dekanı

       

      D.M.Qənbərov

      Tələbə HİK-in sədri

       

      M.Q.Məmmədov

      Tələbə Gənclər Təşkilatının sədri

       

      II. Təşkilat Komitəsinə tapşırılsın:

      • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi 2013-cü ilin may ayında BDU-nun böyük akt zalında təntənəli şəkildə qeyd edilsin;
      • 2013-cü ilin aprel-may aylarında bütün fakültələrdə müvafiq ixtisaslar üzrə Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfranslar keçirilsin;
      • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində “Fəlsəfə və sosial elmlərin aktual problemləri” adlı Ümumrespublika seminarı təşkil edilsin. Seminar iclaslarında  Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi, Heydər Əliyev və Azərbaycanda intellektual elmi kapitalın inkişafı, Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi, Heydər Əliyev və milli həmrəylik, Heydər Əliyev və Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin tədqiqi və tədrisi problemləri və digər bu kimi məsələlər ətraflı müzakirə edilsin;
      • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində “İqtisadi tərəqqi və iqtisad elminin aktual problemləri” adlı Ümumrespublika seminarı təşkil edilsin. Seminar iclaslarında  Heydər Əliyev və sosial-iqtisadi siyasət, Heydər Əliyev və Azərbaycanda elm və təhsilin inkişaf prioritetləri, Heydər Əliyevin Azərbaycanda qeyri-neft sektorunun inkişafındakı rolu, Heydər Əliyev və makroiqtisadi sabitlik, Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı, Heydər Əliyev və aqrar islahatlar, Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı, Heydər Əliyev və iqtisadi inkişafın Azərbaycan modeli, Heydər Əliyev və Azərbaycanda sosial-iqtisadi inkişaf tarixinin tədqiqi və tədrisi problemləri, Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının davamlı inkişafı və digər bu kimi məsələlər ətraflı müzakirə edilsin;
      • “Fəlsəfə və sosial elmlərin aktual problemləri” və “İqtisadi tərəqqi və iqtisad elminin aktual problemləri” adlı Ümumrespublika seminarlarında mütəxəssislərlə yanaşı müvafiq istiqamətdə təhsil alan tələbələrin, magistrantların, doktorantların və gənc tədqiqatçıların iştirakı, gənc nəsil tərəfindən Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədi ilə onların müzakirələrdə fəal iştiraka cəlb edilməsi təmin edilsin;
      • 2013-cü ilin aprel ayında Təhsil Nazirliyi və Qafqaz Universiteti ilə birgə Heydər Əliyevin anadan olmasınn 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyasının aktual problemləri” mövzusunda Beynəlxalq konfrans təşkil edilsin;
      • 2013-cü ilin aprel-may aylarında Tələbə və gənclər təşkilatları tərəfindən yubileyə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda Gənclər Siyasəti” mövzusunda geniş Disputlar keçirilsin;
      • 2013-cü ilin mart-may aylarında tələbələr və magistrantlar arasında “Heydər Əliyev irsini öyrənirik” adlı müsabiqə keçirilsin;
      • 2013-cü ilin mart-may aylarında BDU-nun müəllimləri arasında Heydər Əliyevin anadan olmasınn 90 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi keçirilsin;
      • 2013-cü ilin mart-may aylarında BDU-nun tələbələri arasında Heydər Əliyevin anadan olmasınn 90 illik yubileyinə həsr olunmuş müxtəlif idman növləri üzrə yarışlar keçirilsin;
      • 2013-cü ilin aprel-may aylarında BDU-nun müəllimləri və tələbələri arasında Heydər Əliyevin anadan olmasınn 90 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilsin;
      • Bütün fakültələrdə 2013-cü il mayın 10-da ilk dərs ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilsin;
      • 2013-cü ilin may ayında Heydər Əliyev məktəbinin keçirilməsi nəzərdə tutulan növbəti məşğələsi respublikanın tanınmış ziyalılarının, alim və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin və digər görkəmli şəxslərin iştirakı ilə ulu öndərin 90 illik yubileyinə həsr edilsin;
      • Heydər Əliyev muzeyində ulu öndərin zəngin irsi ilə tələbələrin yaxından tanış olmaları təmin edilsin;
      • “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” mövzusunda KİV nümayəndələri arasında müsabiqə keçirilsin;
      • “Bakı Universiteti xəbərləri” elmi jurnalının bütün seriyalarının 2-ci nömrəsi Heydər Əliyevin anadan olmasınn 90 illik yubileyinə həsr edilərək xüsusi buraxılış kimi çap olunsun;
      • “Bakı Universiteti” qəzetinin bir nömrəsi ümummilli liderin həyat və fəaliyyətinə həsr olunsun və xüsusi buraxılış kimi çap edilsin;
      • Ümummilli liderin təhsil aldığı Tarix fakültəsinin 2 tələbəsinə “Heydər Əliyev adlı təqaüd” verilsin;
      • Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində, həmçinin Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılmasında Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə alaraq Filologiya, Şərqşünaslıq, Kitabxanaçılıq-informasiya və Tarix fakültələrin doktorantlarına və  magistrantlarına Heydər Əliyev irsinin ixtisasları ilə bağlı məqamlarını araşdıracaq tədqiqat mövzuları tapşırılsın;
      • Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olduğuna görə Hüqüq fakültəsinin doktorantlarına və magistrantlarına  bununla bağlı tədqiqat mövzuları tapşırılsın;
      • Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşdiyinə və dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulduğuna və yeni prinsiplər əsasında qurulan sabit iqtisadiyyatın dünya iqtisadiyyatına uğurla inteqrasiyası təmin edildiyinə görə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin doktorantlarına və magistrantlarına  bununla bağlı tədqiqat mövzuları tapşırılsın;
      • Heydər Əliyevin qurduğu dövlətin sosial yönümü nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulması, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunması, eləcə də çox sayda özəl telekanalların yayımlanması və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artması ilə nəticələndiyini nəzərə alaraq Jurnalistika və Sosial elmlər və psixologiya fakültələrin doktorantlarına və  magistrantlarına Heydər Əliyev irsinin ixtisasları ilə bağlı məqamlarını araşdıracaq tədqiqat mövzuları tapşırılsın;
      • Heydər Əliyev mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtdığını, ölkəmizin yeni imicinin formalaşmasına xidmət etdiyini nəzərə alaraq İlahiyyat və Sosial elmlər və psixologiya fakültələrin doktorantlarına və  magistrantlarına bu zəngin irsin bununla bağlı məqamlarını araşdıracaq tədqiqat mövzuları tapşırılsın.
      • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə 2013-cü ilin may ayında BDU-nun Heydər Əliyev muzeyində ona həsr olunmuş kitab sərgisi təşkil edilsin.

      III. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

      Əsas: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamı.

       

      REKTOR                                       akademik  A.M.MƏHƏRRƏMOV

       

      Xəbərlər

      BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

      BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
      08/10/2024

      BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır

      BDU-da buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırmalar aparılır
      08/10/2024

      BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib

      BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlim keçirib
      07/10/2024