İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

22/05/2026

İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

Yaz imtahan sessiyasının 2026-cı il iyun ayının 1-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026