İyunun 2-dən BDU-da yaz imtahan sessiyası başlayacaq
26/05/2025
İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq. Bu barədə BDU Elmi Şurası qərar qəbul edib.
2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2025-ci il 7 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.
İclasda imtahan sessiyasının 2025-ci ilin iyun ayının 2-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci il iyul ayının 3-dən 7-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yaz imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 15500-dən çox, magistratura səviyyəsində 1160 təhsilalanın iştirakı gözlənilir.
Xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
