İyunun 3-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

29/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.

2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2024-cü il 24 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının 2024-cü ilin iyun ayının 3-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü il iyul ayının 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 30 may,  təkrar yekun dövlət imtahanlarının isə 24 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026