Özbəkistanlı alimlər BDU-nun Filologiya fakültəsində olublar

14/05/2025

Özbəkistanın Nəvai Dövlət Universitetinin bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub.

Nəvai Dövlət Universitetinin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti Dilnoza İstamova, baş müəllimi Məmurə Burhanova Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olub, fikir mübadiləsi aparıblar.

Kafedra müdiri, professor Mətanət Abdullayeva müəllim hazırlığında təhsil alan tələbələrə elmi biliklərin verilməsi ilə yanaşı, mənəviyyat məsələlərinin də öyrədilməsinin zərurətindən danışıb.

Görüşdə Humanitar elmlər üzrə ingilis dili kafedrasının müdiri, dosent Bəylər Hacıyev və kafedranın professoru Əfqan Abdullayev, Rus dilçiliyi kafedrasının müdiri, dosent Elvira Heydərova, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov iştirak ediblər. Görüş zamanı qarşılıqlı elmi əməkdaşlıq, birgə dərsliklərin hazırlanması və məqalələrin yazılması ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlara kitablar hədiyyə olunub.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026