Özbəkistan səfiri BDU-da olub

22/04/2021

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov ilə görüşüb.

Rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun əzəli torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığımızı qeyd edən rektor Qarabağda quruculuq işlərində Özbəkistanın da iştirak etmək istəyinin iki ölkə arasında dostluq və qardaşlıq bağlarının təzahürü olduğunu  bildirib.

BDU-nun Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr qurduğunu, Daşkənd Dövlət Şərqşünaslıq Unniversiteti ilə BDU arasında bağlanılmış müqavilə çərçivəsində həyata keçirilən tədbirlər, mübadilə proqramları, ikili və üçlü diplom layihələri haqqında məlumat verib. Gələcəkdə Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə BDU-nun daha sıx əməkdaşlıq etməsi istiqamətində təkliflərlə çıxış edib.

Görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Bəhrom Əşrəfxanov təklifləri müsbət dəyərləndirib, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, Özbəkistan ali məktəbləri ilə BDU-nun daha sıx və səmərəli, qarşılıqlı faydalı  əlaqələr qurması üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüş BDU və Özbəkistan ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivləri, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim-tələbə mübadiləsi, elm, tədris və digər sahələr üzrə əməkdaşlıq ilə bağlı fikir mübadiləsi ilə davam edib, gələcək perspektivlər müzakirə olunub.

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025