Özbəkistanın Diplomatiya Universitetinin rektoru BDU-da olub

07/10/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Mahmudov ilə görüşüb.

Rektor qonağa Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-nun tarixi, fəaliyyəti, strukturu barədə məlumat verib. Qeyd edib ki, 25 mindən artıq tələbəsi olan BDU-da elmin bütün istiqamətləri üzrə kadr hazırlığı aparılır. Rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini, BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr yaradıldığını və inkişaf etdiyini vurğulayıb.

BDU-da olmaqdan məmnunluğunu dilə gətirən Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Mahmudov isə elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Rektorlar daha sonra iki universitet arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”

BDU-da təlim: “Liderlik və idarəetmə bacarıqları”
08/10/2026