“Zəfər yolu” verilişinin üçüncü buraxılışı

29/09/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin üçüncü verilişində - Vətən Müharibəsi iştirakçısı, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Taleh Əliyev keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin üçüncü buraxılışını sizə təqdim edirik:

https://www.youtube.com/watch

Xəbərlər

Qürur və şərəf günü

Qürur və şərəf günü
20/01/2026

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”

BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”
20/01/2026

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20/01/2026