“Zəfər yolu” verilişinin qırxıncı buraxılışı

05/11/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin qırxıncı verilişində - II Qarabağ müharibəsi iştirakçısı Nazim Quliyev keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin qırxıncı buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025