BDU-da professor Məmməd Mübariz Əlizadənin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

28/12/2011

Bu gün Bakı Dövlət Universitetində görkəmli Azərbaycan şərqşünası, istedadlı şair və mütərcim, respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əlizadə Məmməd Mübariz Əli oğlunun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, professor M.M.Əlizadə Şərqşünaslıq fakültəsinin dekanı (1962-1964) olub, uzun müddət Yaxın Şərq xalqları ədəbiyyatı və tarixi kafedrasının müdiri kimi fəaliyyət göstərib, fars dili ədəbiyyatının öyrənilməsində və gənc iranşünaslar nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərib. M.Əlizadə ilə bağlı xatirələrini danışan A. Məhərrəmov alimin əsl elm adamı, azərbaycanlı kişisi və milli xarakterlərə məxsus insan kimi xarakterizə edib. Rektor bildirib ki, M. Əlizadənin 100 illiyi ilə bağlı BDU-da beynəlxalq elmi konfrans keçiriləcək.

Sonra M. Əlizadənin həyatının bir neçə məqamını əks etdirən foto-slayd, həmçinin video süjet nümayiş olunub. İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov «Mübariz Əlizadənin həyat və yaradıcılığı» mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə akademik Vasim Məmmədəliyev, şərqşünaslıq fakültəsinin dekanı dosent Elxan Əzizov, akademik Z.Bünyadov adına AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim Nuri, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fərzəliyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Əkrəm Bağırov, BDU-nun kafedra müdiri Tofiq Hacıyev çıxış edərək görkəmli şərqşünas alim haqda xatirələrini bölüşüblər.

Tədbirin sonunda ailə adından çıxış edən qızı, İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 dekabr 2011-ci il.

Xəbərlər

“BDU məzunları”: Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş

“BDU məzunları”: Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş
15/05/2024

O anasını, anası da onu dərsə aparır - VİDEOREPORTAJ

O anasını, anası da onu dərsə aparır - VİDEOREPORTAJ
15/05/2024

BDU-da 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə sənəd qəbulu bu gün başa çatır

BDU-da 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə sənəd qəbulu bu gün başa çatır
15/05/2024