Bakı Dövlət Universitetində macarıstanlı tarixçinin məruzəsi dinlənilib

23/05/2019

Bakı Dövlət Universitetində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyinin iştirakı ilə tədbir keçirilib. Əvvəlcə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Macarıstanın ali təhsil ocaqları ilə əməkdaşlıqdan, bu ölkənin təqaüd proqramlarından, tələbə-müəllim mübadiləsinin önəmindən danışıb.  Prorektor  100 illik yubiley ərəfəsində olan BDU-nun bununla bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbirdə Macarıstan Elmlər Akademiyasının Tarix İnstitutunda Humanitar Elmlər üzrə Tədqiqat Mərkəzinin mütəxəssisi Miklos Mitrovits və BDU-nun Tarix fakültəsinin Slavyan ölkələri tarixi kafedrasının müəllimi, Beynəlxalq layihələr şöbəsinin mütəxəssisi Əsgər Zeynalabdinov çıxış ediblər. Onlar Macarıstanda  baş verən 1848-ci il inqilabı, 1849-cu ildə Debreçin şəhəri uğrunda gedən döyüşlərdə Həsən bəy Ağalarovun başçılıq etdiyi alayın göstərdiyi şücaətlərdən bəhs ediblər.

Qeyd edək ki, Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub, Debreçin döyüşünə görə dördüncü dərəcəli "Müqəddəs Georgi ordeni"nə layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 23 may 209-cu il.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026