Kazımzadə Aydın Həsən oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor
AMEA-nın müxbir üzvü, rektorun elm və təhsil üzrə müşaviri
1950-cı il avqustun 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla bitirib.
Təhsili, elmi dərəcəsi və elmi adlari
- 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
- 1975-ci ildə «İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını alıb.
- 1987-ci ildə «A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adinı alıb.
- 1988-ci ildən professordur.
Əmək fəaliyyəti
- 1972- AМЕА-nın Fizika İnstitutu, laborant
- 1976-1979 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti
- 1979-1986 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının baş müəllimi
- 1986-1988 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti
- 1988-1996 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru
- 1996-2011 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri
- 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru
- 2002-2011 Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi
- Apardığı dərslər: Ümumi fizika; Fizikanın müasir problemləri; Yarımkeçiricilər fizikası.
- 290 elmi məqalənin müəllifidir.
- Yetişdirdiyi elmlər doktorlarının sayı – 1
- Yetişdirdiyi elmlər namizədlərinin sayı – 9
- Elmi yenilikləri: İlk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə etmiş, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif etmişdir. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırmış və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə etmişdir. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən etmişdir. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif etmişdir.
Mükafatları
- 1976 – Elm vəTexnika sahəsində Respublika Komsomol mükafatı Laureatı
- 1993 – Beynəlxalq Elm Fondu, Soros mükafatı
Fəxri adları
- 2009-Əməkdar elm xadimi
- 2020-Şöhrət ordeni
Tədqiqat sahəsi
- Yarımkeçiricilər fizikası: bircins və qeyri-bircins yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələri.
- Yarımkeçirici cihazlar: metal-yarımkeçirici kontaktları, homo- və heterokeçidlər.
- Metal – dielektrik keçidləri.
- Axma nəzəriyyəsi.
- Qarşılıqlı təsirlərin birləşdirilməsi.
- Müəllim hazırlığı və kurrikulum sahəsində təhsil islahatları.
Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- 2006, XIX Mejdunarodnaya Nauçno-Texniçeskaya konferençiya po fotoelektronike i priboram noçnoqo videniya, Мoskva.
- 2006, TPE-06 3 rd Intern.Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkiye.
- 2003, E-MRS Spring Meeting, Strasbourg, France.
Seçilmiş əsərləri
- Kazimzadə A.H. Elementar zərrəciklərin elektrik yükünün hesablamaq üçün emprik qayda(inglis dilində). J. Modern Physics (Published) online), 2010, Vol 1, N 2, pp.108-109
- Kazımzadə A.H., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul kristallarında qadağan olunmuş zolağın eninin nüvələrin yükləri cəmi ilə əlaqəsi haqqında. Bakı Universitetinin xəbərləri, fiz.-riy.elm.ser., 2008, № 2, s.116-119.
- Kazımzadə A.H., Salmanov V.M., Moxtari A.Q., Dadaşova V.V., Ağayeva A.A. GaSxSe1-x bərk məhlul monokristallarında elektroluminessensiya və fototriqqer effekti (rus dilində). Fizika i Texnika Poluprovodnikov, 2008, 42, N.5, s.532-535.
- Kazımzadə A.H., Ağayeva A.A., Salmanov V.M., Moxtari A.Q. GaSe monokristallarının yüksək optik həyəcanlaşma halında fotokeçiriciliyi (rus dilində). Neorqaniçeskiye materialı, 2008, 44, № 4, s.1-5.
- Kazımzadə A.H., Ağayeva A.A., Salmanov V.M., Moxtari A.Q. GaSe və InSe layvari kristalları əsasında optik şüalanma detektorları (rus dilində). JTF, 2007, 77, № 12, s.80-82.
- Kazımzadə A.H., Ağayeva A.A., Salmanov V.M., Moxtari A.Q. GaSe və InSe kristallarında pikosaniyə həyəcanlaşmasında eksiton udma (rus dilində), 2007, 43, № 12, s.1-5.
- Kazımzadə A.H., Salmanov V.M., Dadaşova V.V. GaSxSe1-x bərk məhlul monokristalları əsasında elektroluminessensiyalı çeviricilər (rus dilində), Prikladnaya fizika, 2007, № 4, s.119-121.
- Kazım-zadə A.H., Salmanov V.M., Abasova A.Z., Həsənova L.H., Dadasova V.V. А3В6-tip layvari kristalların elektrik xassələrinin xüsusiyyətləri (ingilis dilində). TPE-06 3 rd Intern. Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkiye, 2006, p. 655-658.
- Kazımzadə A.H., Dadaşova V.V. InSe-GaSxSe1-x heterokeçidləri əsasında koordinata-həssas bipolyar elementlər, AMEA-nın xəbərləri, 2005, 25, № 2, s.83-87.
- Kazımzadə A.H. Qarşılıqlı təsirlərin birləşdirilməsi haqqında. Bakı Universitetinin xəbərləri, fiz.-riy.elm.ser., 2004, № 1, s.93-108.
- Kazımzadə A.H., Abasova A.Z., Salmanov V.M. Həsənova L.H., Məmmədova A.H. –A3B6 –tip layvari kristallarda yığım defektlərinin öz-özünə təşkili və Anderson lokallaşması (ingilis dilində). Mat.Sci.and Engineering , 2002, B 88, p.282-285.
Kitablar
- A.O.Mehrabov, A.H.Kazımzadə, R.T.Qəndilov. Tədris proqramının və prosesinin təşkilinin metodik prinsipləri (rus dilində), Baku, 2007.
Dövlət və beynəlxalq proqram və qrantlar
- 2002 Dünya Bankının «Pedaqoji təhsil/Vüəllim hazırlığı» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az, Bakı, Azərbaycan
- 2003 Dünya Bankının və Təhsilin İnkişafı Mərkəzinin (ABŞ) «Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az, Bakı, Azərbaycan
- 2005 Dünya Bankının «Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası» üzrə Təhsil İslahatı Layihəsi, 3769 Az-CS-IS-044, Bakı, Azərbaycan
- 2006 Dünya Bankının ««Təhsilin əsasları» fənni üzrə kurrikulum və dərsliyin hazırlanması» Təhsil İslahatı Layihəsi, 3769 Az-CS-IS-044, Bakı, Azərbaycan
- 2008 YUNİSEF-in «İbtidai sinif müəllimlərinin hazırlığı üzrə Çərçivə kurrikulumunun təftişi» Təhsil İslahatı Layihəsi, Bakı, Azərbaycan
- 2009-2011 Dünya Bankının «Əlavə təhsilin müasirləşdirilməsi» Təhsil İslahatı Layihəsi, 3769 Az Bakı, Azərbaycan.