BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub

27/06/2025

İyunun 27-də Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Bakı Dövlət Universiteti (BDU), “ASAN könüllüləri” təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub.

Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “ASAN könüllüləri” təşkilatının sədri Anar Musaev və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər.

Çıxış edənlər tərəfindən qeyd olunub ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası dövlətimiz və xalqımız üçün ümummilli mübarizə məramı daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsaslanaraq sülh, beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində sistemli və məqsədyönlü şəkildə davam etdirilir. Bildirilib ki, beynəlxalq ictimaiyyətin ölkəmizin bu sahədə haqlı və prinsipial mövqeyi barədə dolğun və obyektiv şəkildə məlumatlandırılması baxımından gənclərin fəal iştirakı mühüm əhəmiyyət kəsb edir. Çıxışlar zamanı gənclərin intellektual potensialının və bacarıqlarının Qərbi Azərbaycandan məcburi köçürülmüş soydaşlarımızın fundamental hüquqlarının bərpası yolunda səfərbər olunacağına dərin inam ifadə olunub.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində iyunun 29-dək davam edəcək gənclər düşərgəsi çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən fotosərgi və film nümayiş olunacaq.

Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III gənclər düşərgəsinin açılışı olub
27/06/2025

Qəhrəmanlıq və şərəf bayramı

Qəhrəmanlıq və şərəf bayramı
26/06/2025

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
26/06/2025