Bakı Dövlət Universitetində YAP-ın Yasamal Rayon Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

19/02/2015

Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Gənclər Birliyinin (GB) IV hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Yasamal GB-nin sədri Bəxtiyar Nəbiyev, gənclər, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov dövlət gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP Yasamal GB sədri Bəxtiyar Nəbiyev bildirib ki, ötən hesabat seçki yığıncağında rayon gənclər birliyinin üzvlərinin sayı 10002 nəfər idisə, bu gün onların sayı 12074-dür: “Hesabat dövründə YAP Yasamal GB sıralarına 2072 nəfər qəbul olunub. Rəqəmlərdən də göründüyü kimi partiyamıza kütləvi axın davam edir. Üzvlərimizin böyük əksəriyyətini gənclərin təşkil etməsi, müstəqillik qazanmış və çətin keçid dövrünü yaşayan ölkəmizdə əldə olunan naliyyətlərin nəticəsi kimi və Yeni Azərbaycan Partiyasına cəmiyyətdə artan inamın təzahürü, Ulu Öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına ən əsası isə gənclərə göstərilən diqqət və qayğının nəticəsi kimi, qiymətləndirmək olar”.

Sədr YAP Yasamal GB-nin hesabat dövründə gördüyü işlərdən də danışıb: “Hesabat dövründə ölkə miqyasında keçirilən mühüm tədbirlərdən biri də 2013-cü il keçirilmiş prezident seçkiləri olub. YAP Yasamal Rayon GB-in üzvləri bu seçkilərdə fəal iştirak ediblər, seçkilərdə məntəqə komissiyasının sədri, komissiya üzvü və müşahidəçi kimi fəaliyyət göstəriblər və gənclərin birgə səyi nəticəsində rayonumuzun nəticələri respublika üzrə birincilər sırasında olub. 2013-cü il prezident seçkilərinin təbliğat təşviqat dövründə müxtəlif növ fləşmoblar, sosial layihələr və.s keçirilib. Xüsusi qeyd etmək istərdim ki, rayonumuzun müxtəlif yerlərində parklarda, metroların çıxışlarında, ali məktəblərin çıxışında, prezidentliyə namizədimiz cənab İlham Əliyevin 10-illik fəaliyyətini əks etdirən 15 min buklet paylanılıb. Bu cür fəallıq 2014-cü ilində keçirilən bələdiyyə seçkilərində də öz əksini tapıb”.

Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib.

BDU-nun magistrı Yavər Məmmədova  Prezident İlham Əliyevin «Gənclər siyasəti», Elməddin Əmirov «Heydər Əliyev yolu, uğurlu davam»,  Mədinə Əiyeva  «Azərbaycan gəncliyi, vətənpərvərlik nümunəsi»,  Nərgiz Bəşirova «Pis vərdişlər, narkomaniyaya qarşı mübarizə» mövzusunda çıxışlar ediblər.

Çıxış edən YAP GB-nin sədri Seymur Orucov vurğulayıb ki, ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.

Konfransda çıxış edən YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmov vurğulayıb ki, əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda rayon gənclər birliyinin şura və idarə heyətinin yeni tərkibi seçilib. Bəxtiyar Nəbiyev yenidən YAP Yasamal Rayon GB-nin sədri seçilib. Sədrin birinci müavini Elməddin Əmirov, digər müavinləri isə Bayram Aslanov, Emil Rzayev, Aytəkin Əhmədova və Nicat Kərimov olublar.

Sonda YAP Gənclər Birliyinin respublika Konfransına 10 nəfər nümayəndə seçilib.

Mətbuat və informasiya şöbəsi, 18 fevral 2015-ci il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024