BDU Elmi Kitabxanasından növbəti kitab bağışlama aksiyası

21/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “Naxçıvan” Universitetinin Elmi Kitabxanasına 200 nüsxə kitab hədiyyə edib. Kitabxananın Mübadilə-ehtiyat fondundan “Naxçıvan” Universitetinin tələbə, müəllim və professor heyətinin daha çox ehtiyac duyduqları “Klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan antologiyaları”, “Ədəbiyyat antologiyaları”, “Dünya ədəbiyyatı”, “Dünya ədəbiyyatı klassikləri”, “Dünya uşaq ədəbiyyatı” kimi seriyalarda nəşr olunan kitablar seçilərək hədiyyə olunub.

Hədiyyə edilən ədəbiyyatların içərisində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən 2 cilddən ibarət “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” adlı fundamental soraq nəşri də yer alıb.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026