BDU əməkdaşı “Vikipediya” üzrə təlimlərdə iştirak edib

01/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşı Şükufə Əliyeva Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunmuş “Vikipediya” təlimlərində iştirak edib.

5 may 2025-ci il tarixində başlayan təlimlərdə BDU ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrinin – Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Slavyan Universitetinin kitabxana əməkdaşları da iştirak ediblər.

Təlimləri MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli aparıb. O, ilk gün iştirakçılara “Vikipediya”nın tarixi, mahiyyəti, funksionallığı, ictimai əhəmiyyəti və müasir informasiya mübadiləsindəki rolu barədə ətraflı məlumat verib. Təlimin məqsədi yalnız texniki bilik vermək deyil, həm də iştirakçılarda açıq bilik paylaşımına dair fəal mövqe formalaşdırmaq olub.

Təlim müddətində iştirakçılar “Vikipediya” platformasının iş prinsipi ilə yaxından tanış olub, məqalələrin yaradılması, redaktə edilməsi, vikiləşdirilməsi, istinadların əlavə olunması, istifadəçi səhifələrinin qurulması və şablonlarla işləmək bacarıqları əldə ediblər. Onlar fərdi tapşırıqları yerinə yetirərək, öyrəndiklərini praktikada tətbiq etmək imkanı qazanıblar.

Təlimlər zamanı iştirakçılar tərəfindən 50-dən çox yeni məqalə yaradılıb, mövcud səhifələrdə onlarla redaktələr edilib. Əsas diqqət “Vikipediya” Elektron Ensiklopediyasının Azərbaycan dili bölməsinin zənginləşdirilməsinə yönəlib.

Təlimdə iştirakçılar Vikimedia Fondunun digər layihələri ilə tanış olub. Təlimçi iştirakçılara bu fondun ümumilikdə 12 layihə üzrə fəaliyyəti haqqında məlumat verib. Təcrübə zamanı iştirakçılar Vikianbara da şəkillər yükləyib, bəzi məqalələrə bu platformadan vizual materiallar əlavə ediblər. Bu, təkcə texniki deyil, həm də vizual təqdimat baxımından böyük əhəmiyyət daşıyıb.

İki ay boyunca davam edən təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026