BDU İspaniyanın Qranada Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
21/12/2023
Bakı Dövlət Universiteti (BDU) və İspaniyanın Qranada Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Qranada Universitetinin rektoru Pedro Mercado Parcheco imzalayıb.
Müqavilə çərçivəsində elmi-texniki sahədə təcrübələrin, eyni zamanda tələbə, inzibati və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1531-ci ildə İmperator V Çarlz tərəfindən Qranada şəhərində təsis edilən Qranada Universiteti İspaniyanın böyük universitetlərindən biridir. Qranada Universiteti dünyanın nüfuzlu reytinq cədvəlləri olan “QS World University Rankings 2023”də 494-cü, “The World University Rankings 2023”də 601-800-cü, “QS WUR Ranking by Subject 2023”də isə 248-ci yerləri alıb.
Xəbərlər
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
