BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

24/06/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Zeynəb Əbdulzadə məruzə edib.

Gənc tədqiqatçı Şuşanın tarixi, mədəni irsi və Türk dünyası üçün strateji və simvolik əhəmiyyəti barədə məlumatları diqqətə çatdırıb. Məruzədə Şuşa şəhərinin tarixi, görkəmli şəxsiyyətləri, maddi-mədəniyyət nümunələri haqqında çap olunmuş elmi, publisistik və ədəbi nəşrlər geniş şəkildə qeyd edilib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən ötən beş il ərzində ölkənin aparıcı nəşriyyatları tərəfindən Şuşa haqqında çap edilən kitablar, toplular, statistik nəşrlər, soraq-məlumat ədəbiyyatı araşdırmada geniş analiz edilib, bir sıra müqayisəli təhlillər aparılıb. Ölkə nəşriyatlarının bu mövzuda çap etdiyi kitablar ad və tiraj göstəriciləri üzrə diaqram şəklində təqdim olunub, nəşrlər ədəbiyyat növlərinə görə fərqləndirilib.

Tədqiqatda həmçinin Şuşa haqqında çap olunmuş əsərlərin xarici dillərə tərcümə prosesi araşdırılıb. Bu mövzudakı tərcümə kitablarının Azərbaycanın mədəni irsinin, tarixi həqiqətlərimizin və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beynəlxalq səviyyədə təbliğindəki mühüm rolu vurğulanıb.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar

BDU-da süni intellektin həyat elmlərində tətbiqinə dair elmi seminar
04/03/2026

“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi

“100 illik qurultayın işığında türkologiyanın inkişaf yolu” – BDU-da ustad dərsi
04/03/2026

AMEA-nın muxbir üzvü Ramiz Alıquliyev BDU-da ustad dərsi keçib

AMEA-nın muxbir üzvü Ramiz Alıquliyev BDU-da ustad dərsi keçib
04/03/2026