BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində daha bir təqdimat keçirilib

26/02/2015

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mütəxəssisi Elcan Məmmədov BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “İnvestisiya və onun idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. BDU ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində baş tutan görüş tələbələr tərəfindən maraqla qarşlanıb.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi davamlı olaraq kənardan dəvət olunmuş alim və praktik mütəxəssislərin mühazirələrinə geniş yer verir. Pakistan İslam Respublikasının olkəmizdəki səfiri Xalid Usman Qayser, ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, Dr. Elnur Soltanovun mühazirələri bu qəbildəndir.
Fakültə rəhbərliyi tələbələrin savadlı mütəxəssis kimi yetişməsinə öz töhfəsini verən belə görüşlərin davamlı olmasında maraqlıdır

Mətbuat və İnformasiya şöbəsi, 26 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026