BDU-nun “Gənc İstedadlar” liseyinin şagirdləri ABŞ-da beynəlxalq müsabiqəyə qatılacaqlar

26/02/2015

Bakı Dövlət Universitetinin “Gənc İstedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” IV Respublika müsabiqəsinin qalibləri olublar. Müsabiqədə Bakı şəhəri ilə yanaşı respublikanın müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim ediblər. Heydər Əliyev Mərkəzində İNTEL İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə nəticəsində ilk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib.

Müsabiqədə “Gənc İstedadlar” liseyinin 10-cu sinif şagirdləri Rəna Həsənzadə və Ləman Əliyeva BDU-nun professoru Ülviyyə Həsənovanın rəhbərliyi ilə kimya kateqoriyası üzrə 1-ci yerə layiq görülüb və bu ilin may ayında ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcəklər. 9-cu sinif şagirdləri Raul İsgəndərov, Almaz Ömərov və 10-cu sinif şagirdi Aysel Süleymanlı isə BDU-nun professoru Rafiq Həsənovun rəhbərliyi ilə biologiya kateqoriyası üzrə birinci yerə layiq görülüblər. Liseyin 10-cu sinif şagirdi Ləman Qurbanova isə BDU-nun professoru Yaqub Qəribovun rəhbərliyi ilə Ekologiya və ətraf mühitin İdarə olunması kateqoriyası üzrə ikinci yerə layiq görülüb. Bundan əlavə, 11-ci sinif şagrdi Nurdil Nuru BDU-nun professoru Qəzənfər Bayramovun rəhbərliyi ilə Fizika, Astronomiya kateqoriyası üzrə üçüncü yerə layiq görülüb. 9-cu sinif şagirdləri Sonya Fərəcova, Xalidə Quliyeva, Banu Abdullazadə, Hüseyn Hüseynov BDU-nun professoru Famil Çıraqovun rəhbərliyi ilə kimya kateqoriyası üzrə üçüncü yerə layiq görülüblər.

Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. Ümumilikdə lisey üzrə 11 şagird ilk üçlükdə yer alıb.

Rektor, akademik Abel Məhərrəmov şagirdləri qəbul edərək, onları təbrik edib. Universitet professorları ilə lisey şagirdləri arasında sıx əlaqədən danışan rektor, şagirdlərin davamlı olaraq universitet laboratoriyalarında təcrübə keçdiklərini diqqətə çatdırıb və ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə iştirak hüququ qazanan şagirdlərə vətənimizi layiqincə təmsil etmək istiqamətində uğurlar arzulayıb.

Mətbuat və İnformasiya şöbəsi, 26 fevral 2015-cü il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024